Azərbaycanlı alim vəfat etdi

  • 2024.01.10 12:42
  • 867 Baxış
Azərbaycanlı alim vəfat etdi
Biologiya sahəsində tanınmış alim Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Proteomiks beynəlxalq laboratoriyasının müdiri, Cənubi Koreyanın Pusan Milli Universitetinin 17 il tədqiqatçı-professoru olmuş, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Söhbət oğlu Zülfüqarov vəfat edib.

AMEA-dan Medicina.az -a verilən xəbərə görə, alim 65 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, İsmayıl Zülfüqarov 140-dan çox elmi əsərin müəllifidir. Onun rəhbərliyi ilə 1 fəlsəfə, 2 magistr dissertasiyası uğurla müdafiə edilib. 2 fəlsəfə doktoru dissertasiya işi müdafiə üçün hazırlanıb.