B vitaminləri ilə bağlı yeni faktlar üzə çıxdı

  • 2026.08.03 16:24
  • 262 Baxış
B vitaminləri ilə bağlı yeni faktlar üzə çıxdı

Aparılan elmi araşdırmalar B qrup vitaminlərinin orqanizm üçün əhəmiyyətini yenidən gündəmə gətirib.

Medicina.az xəbər verir ki, B vitaminləri yalnız yorğunluğun azalmasına deyil, həm də beynin fəaliyyəti, maddələr mübadiləsi və ürək-damar sisteminin sağlamlığına təsir göstərə bilər.

Kaliforniya Universitetinin (UCSF) araşdırmasına görə, yaşlı insanlarda aktiv B12 vitamininin aşağı səviyyəsi beyində bəzi dəyişikliklər və idrak funksiyalarının zəifləməsi ilə əlaqələndirilib.

Harvard Universitetinin tədqiqatçıları isə dünyada bir çox insanın B2, B6 və B9 vitaminlərini kifayət qədər qəbul etmədiyini açıqlayıb.

Mütəxəssislər bildirirlər ki, B vitaminlərinin çatışmazlığı bəzi hallarda gizli qala bilər. Buna görə vitamin əlavələrini səbəbsiz qəbul etmək əvəzinə, ehtiyac olduqda analizlər əsasında qərar vermək tövsiyə olunur.

Xanım,
Medicina.az