Bakı metrosunun 2 əməkdaşı işə gələrkən - Qəfil öldü

  • 22 Dek 2021 14:39
  • 266 Baxış
Bakı metrosunun 2 əməkdaşı işə gələrkən  - Qəfil öldü

“Bakı metropoliteni”nin bu gün 2 əməkdaşı qəfil vəfat edib.

Medicina.az xəbər verir ki, qurumun Tikinti departamentinin Dəmir yolunun Tikintisi və Əsaslı Təmir İşləri üzrə Dəstəsinin rəisi 1959-cu il təvəllüdlü Babaşxan Baxışov bu gün işə gələrkən ürək tutmasından yolda dünyasını dəyişib.

O, 2017-ci ildən “Bakı Metropoliteni”ndə çalışırdı.

Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin Elektromexanika xidmətinin su təchizatı sahəsinin elektrik mexaniki də işə gələrkən metroda dünyasını dəyişib.

Allah rəhmət eləsin!