Bakıda avtobuslarda koronavirus xəstələri aşkarlanır

  • 2021.10.28 14:57
  • 978 Baxış
Bakıda avtobuslarda koronavirus xəstələri  aşkarlanır
Bakıda sərnişin avtobusunda koronavirus xəstəsi aşkarlanıb.

Medicina.az xəbər verir ki, Suraxanı rayonunda 132 saylı marşrutda aktiv koronavirus xəstəsi, 1972-ci il təvəllüdlü Həmid Bayramov saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Suraxanı RPİ əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.
H.Bayramov barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, barəsində prosessual tədbirlər davam etdirilir.