Bakıda bir bağçada 3 müəllim koronavirusa - Yoluxub

  • 2021.10.19 18:32
  • 2484 Baxış
Bakıda bir bağçada 3 müəllim koronavirusa  - Yoluxub

Bakı şəhərində bir bağça koronavirusa görə bağlanıb.

Medicina.az xəbər verir ki, bağçada üç müəllimin koronavirusa yoluxması səbəbindən bağçalardan birinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən faktı Oxu.Az-a təsdiq ediblər:

“Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə həmin bağçanın fəaliyyəti 14 gün müddətinə bağlanıb”.