Bakıda bu modul xəstəxana bağlandı - Sonuncu xəstə yola salındı

  • 2021.09.28 17:38
  • 1771 Baxış
Bakıda bu modul xəstəxana bağlandı -  Sonuncu xəstə yola salındı
Bakıda koronavirus xəstələrinin müalicəsi üçün quraşdırılan modul tipli xəstəxanalardan biri fəaliyyətini dayandırıb.

Medicina.az xəbər verir ki, Bilgəh qəsəbəsində 28 saylı birləşmiş şəhər xəstəxanasına təhkim olunmuş modul tipli xəstəxanadan koronavirusdan müalicə olunan sonuncu xəstə sağalaraq evə buraxılıb.

Həmçinin xəstəxanada fəaliyyət göstərən həkim heyəti də öz daimi iş yerlərinə geri qayıdıblar.

Qeyd edək ki, paytaxtın Bilgəh qəsəbəsində quraşdırılan modul tipli xəstəxana kompleksi ötən ilin iyun ayında istifadəyə verilib.