Bakıda bu universitetlərdə yoluxma aşkarlandı - Qruplar bağlandı

  • 2021.10.14 14:28
  • 1715 Baxış
Bakıda bu universitetlərdə yoluxma aşkarlandı  -  Qruplar bağlandı


Bakıda 2 universitetdə koronavirusa yoluxma faktı qeydə alınıb.


Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 2 qrupunda tələbələrdə koronavirus aşkarlandığı üçün qruplar 14 gün müddətində distant təhsilə keçib.

Bundan başqa, Azərbaycan Dillər Universitetinin 2 qrupunda da yoluxma faktı qeydə alınıb. Həmin qruplar distant təhsilə keçib.