Bakıda leysan gözlənilir

  • 2025.09.15 18:40
  • 69 Baxış
Bakıda leysan gözlənilir


Bakıda və Abşeron yarımadasında sentyabrın 16-dan 17-nə keçən gecədən başlayaraq sentyabrın 17-də axşamadək arabir yağış yağacağı gözlənilir.


"Medicina" xəbər verir ki, Yarımadanın bəzi yerlərində yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında isə sentyabrın 16-da axşamdan sentyabrın 21-dək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

medicina.az