Balakəndə 32 yaşlı qadın dərmandan zəhərləndi

  • 2023.02.23 10:05
  • 1123 Baxış
Balakəndə 32 yaşlı qadın  dərmandan zəhərləndi
Balakəndə 32 yaşlı qadın dərmandan zəhərlənib.

APA-nın məlumatına görə, rayonun Katex kənd sakini, 1991-ci il təvəllüdlü A. Hacıyeva zəhərlənmə əlamətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət edib.


Müayinə zamanı qadının dərman içdikdən sonra zəhərləndiyi məlum olub.

A.Hacıyevaya lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.