Azərbaycanda vaksinasiya bəzi Avropa ölkələrindən daha yaxşı aparılır.
Medicina.az xəbər verir ki, bunu Oxu.Az-a Respublikanın baş pediatrı, professor, K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev xarici ölkələrdə qızılca xəstəliyin yayılmasını şərh edərək deyib. 
Onun sözlərinə görə, Azərbaycanda qızılca təhlükəsi yoxdur: 
"Buna səbəb ölkəmizdə vaksinasiyasının yüksək səviyyədə olmasıdır. Hələ ölkəmizdə peyvənd olub tələf olan uşaq olmayıb”.