Beyini qorumaq üçün hər həftə bunu yeməlisiz

  • 2021.12.11 17:21
  • 1491 Baxış
Beyini qorumaq üçün hər həftə bunu yeməlisiz


Beyin sağlamlığı üçün ən faydalı məhsulun balıq olduğu açıqlanıb.

Medicina.az xəbər verir ki, Fransanın Bordo Universiteti alimləri balıq məhsullarının həcmi ilə beyin xəstəlikləri arasında birbaşa əlaqənin olduğunu müəyyən ediblər.

Müvafiq araşdırmanın nəticələri “Neurology” jurnalında dərc olunub.

Tədqiqatda yaşı 65-dən yuxarı 1623 nəfər iştirak edib. Onların MRT nəticələrilə qida vərdişləri araşdırılıb. İştirakçılar istehlak etdikləri balıq məhsullarının həcminə görə dörd qrupa (həftədə 1 dəfə və daha az, 2 dəfə, 3 dəfə, 4 dəfə və daha çox) bölünüb. Daha çox balıq məhsulları yeyən şəxslərdə daha az və daha yüngül beyin xəstəlikləri müşahidə olunub.