Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Boğazında kabab qalan qadın 5 gün sonra ağırlaşdı

  • 2022.04.23 15:18
  • 4241 Baxış
Boğazında kabab qalan qadın 5 gün sonra ağırlaşdı




Rostov əyalətində bir qadın boğazında sümüklü kabab tikəsi ilə 5 gün yaşayıb.

Bakupost.az xəbər verir ki, 2,5 sm uzunluqda tikə qırtlaqda ilişib.

38 yaşlı qadın qonaqlıq zamanı kabab sümüyünün boğazına ilişməsindən az qala boğulacaqdı. Amma dostlarının köməyi ilə döyəcləmədən və bitki yağı içdikdən sonra tikə nəfəs yolundan çəkilib. Qadın elə bilib ki, o mədəyə düşüb.

Özünü normal hiss edən qadın 5 gündən sonra boğazında ağrı, şişkinlik hiss edir.

O, bildiyi üsullarla özünü müalicə etməyə çalışsa da vəziyyət daha da pisləşib.

Artıq heç nə yeyib içə bilmədiyini görən qadın qorxudan xəstəxanaya gedir.

Həkimlər boğaza baxanda heyrətə düşüblər. Kabab tikəsi hələ boğazdadır. Onun sümümləri iki tərəfdən qida borusunun toxumasını deşib ilişmişdi.

Pasiyentə traxestoma qoyulur ki, o boğulmasın. Daha sonra sümüyü yuxarı doğru çıxara bilmədiklərini görən həkimlər endoskopla onu mədəyə itələyib, ordan çıxarıblar.

5 gündür olduğu yerdə irin yaradan tikə boyunda fleqmona əmələ gətirmişdi.
Bu əksər hallarda ölümə səbəb ola bilir.
Sümük çıxarıldıqdan sonra xəstə daha 1 ay bərpa dövrü keçdi.


Aygün Musayeva
BakuPost