Boyundakı ziyilləri evdə çıxarmaq olar?

  • 2026.08.26 22:15
  • 127 Baxış
Boyundakı ziyilləri evdə çıxarmaq olar?

Boyunda yaranan hər çıxıntı ziyil deyil.

Medicina.az xəbər verir ki, bu, həmçinin akroxordon – adətən xoşxassəli və yoluxucu olmayan kiçik dəri çıxıntısı ola bilər. Ziyillər isə insan papilloma virusu (HPV) ilə əlaqəli ola bilər.

Mütəxəssislər boyundakı bu çıxıntıları evdə kəsməyi, yandırmağı və ya iplə bağlamağı məsləhət görmürlər. Belə müdaxilələr qanaxma, infeksiya, çapıq və dəridə qalıcı ləkələrə səbəb ola bilər.

Tərkibində salisil turşusu olan vasitələrdən də xüsusilə boyun nahiyəsində ehtiyatla istifadə edilməlidir.

Ən təhlükəsiz yol çıxıntını əvvəlcə dermatoloqa göstərməkdir. Onun növündən asılı olaraq mütəxəssis krioterapiya, kiçik müdaxilə və ya sadəcə müşahidə üsulunu seçə bilər.

Xanım,
Medicina.az