Alimlər acı bibərin diabet və kolitin müalicəsində istifadə edilə biləcəyini aşkar ediblər. Bu məhsul bağırsaqları "sakitləşdirən" bir komponentə malikdir.
Medicina.az xəbər verir ki, 1-ci tip diabet sağalmaz irsi xəstəlikdir, lakin acı bibər onun qurbanlarına kömək edə bilər.
Konnektikut Universitetinin tədqiqatçıları diabetik laboratoriya siçanlarına çili bibəri yedizdiriblər. Onlar bu məhsulun bağırsaq iltihabını azaltdığını və bəzi hallarda hətta 1-ci tip diabetin simptomlarını geri qaytardığını aşkar ediblər.
Bibər bağırsaqda, qida borusu və mədəaltı vəzində olan TRPV1 reseptoru ilə qarşılıqlı təsir göstərib.
Bu, anandamid adlı endogen kannabinoid neyrotransmitterin istehsalını tetikledi və bu da iltihabı azaltmaqla siçanların immun sistemini sakitləşdirdi.
Eyni təsir anandamidin birbaşa qəbulu ilə əldə edilib. Pankreasda iltihabın azaldılması diabetin müalicəsinə kömək edir, çünki bu orqan insulin istehsalı və qan şəkəri səviyyəsi üçün məsuliyyət daşıyır. Diabet xəstələrində artıq şəkər olur və onların mədəaltı vəzi bunu tənzimləyə bilmir.
Bu tədqiqatın nəticələri immun sistemi, bağırsaq və beyin arasındakı əlaqələrlə bağlı yeni suallar da doğurur.
Aygün Musayeva