Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bu insanlar sabah narahat ola bilərlər - Meteohəssas insanlara XƏBƏRDARLIQ

  • 2018.01.16 12:56
  • 13601 Baxış
Bu insanlar sabah narahat ola bilərlər - Meteohəssas insanlara  XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Medicina.az-a verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. 



Havanın temperaturunun Abşeron yarımadasında gecə 0-3, gündüz 5-7, Bakıda gecə 1-3, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.



Atmosfer təzyiqinormadan yüksək 769 mm civə sütunundan 762 mm civə sütununa enəcək, nisbi rütubətgecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.



Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.



Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti,dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.



Tibbi-meteoroloji proqnoz


 

Yanvarın 17-19-da Abşeron yarımadasında qış fəsli üçün səciyyəvi olan hava şəraiti müsbət amil olsa da, atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər. 



Bu insanlar sabah narahat ola bilərlər - Meteohəssas insanlara  XƏBƏRDARLIQ