Bu klinika Bakıdan rayon filialına həkimlərini ezam edir - Göyçayda xəstə qəbulu!

  • 2020.04.14 11:49
  • 2661 Baxış
Bu klinika Bakıdan rayon filialına həkimlərini ezam edir  - Göyçayda xəstə qəbulu!

Hazırda koronavirus pandemiyası ilə bütün dünya mübarizə aparır. Bu mübarizə müxtəlif peşə sahibləri olan bir çox insanlardan gərgin əmək, çətin və məsuliyyətli qərarlar tələb edir. Amma ən vacib və ən mürəkkəb vəzifəni yerinə yetirmək bu gün bizim tibb işçilərimizin, həkimlərimizin, tibb bacılarımızın üzərinə düşür.

Bu çətin günlərdə tam gücü ilə fəaliyyətdə olan Bioloji Təbabət Klinikası bütün tibb heyəti ilə təcili və təxirəsalınmaz hallarda fədakarcasına xalqımızın sağlamlığının keşiyindədir.

Medicina.az xəbər verir ki, həftənin 3-cü və 6-cı günləri Bioloji Təbabət Klinikasının Bakı filialından ezam olunmuş revmatoloq-osteopat, infeksionist-hepatoloq, kardioloq, nevropatoloq, onkoloq, oftalmoloq, dermotoloq, uroloq, pediatr-endokrinoloq Göyçay filialımızda, həftənin 2-ci, 4-cü və 5-ci günləri isə dermatoloq, nevroloq, qastroenteroloq, pediatr, uroloq, hepatoloq, revmatoloq-osteopat, uşaq nevroloqu, pediatr-allerqoloq, pediatr-endokrinoloq, onkoloq, androloq, terapevt, infeksionist-hepatoloq, kardioloq Masallı filialımızda pasiyentlərin müayinə və müalicəsini həyata keçirirlər.

Fədakarlıq və şəfqətinizə görə, tibb işçilərimiz, hər birinizə təşəkkür edirik!