Bu ölkədə sərt karantin qüvvəyə minir

  • 18 Noy 2021 16:02
  • 211 Baxış
Bu ölkədə sərt karantin qüvvəyə minir

Belçikada 10 yaşdan yuxarı uşaqların qapalı yerlərdə qoruyucu maskadan istifadəsi məcburi olacaq.

Belçika hökuməti bu addımı pandemiyanın yayılmasının qarşısını almaq məqsədi ilə atdığını vurğulayıb.

Qərar hökumətin pandemiya ilə mübarizə komitəsinin iclasında qəbul edilib.

Komitə həmçinin Belçika vətəndaşlarına immuniteti artırmaq üçün aprelin sonuna qədər vaksinin üçüncü dozası ilə peyvənd olunmalarını tövsiyə edir.

Müəssisə rəhbərlərindən isə xahiş edilib ki, noyabrın 20-dən dekabrın 13-dək işçiləri həftədə ən azı dörd gün distant iş rejimində çalışmalarına şərait yaratsınlar.

Komitə həmçinin qeyd edib ki, Belçikada qapalı yerlərdə maska ​​taxmaq tələbi hətta peyvənd olunmuş insanlara da şamil edilə bilər.