Bu xəstəxananın baş həkimi işdən çıxarıldı

  • 2021.12.03 17:30
  • 5593 Baxış
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
Azərbaycanda baş həkim işdən çıxarılıb.

Medicina.az xəbər verir ki, , Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Elçin Bilalov tutduğu vəzifədən azad edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumatı Oxu.Az-a təsdiq ediblər.

Qurumdan bildirilib ki, Elçin Bilalovla bağlanmış əmək müqaviləsinin müddəti bitib. Qeyd edilib ki, onun müqaviləsinin müddəti uzadılmayıb.