"Bütün peyvəndlər mükəmməl deyil" - Professor

  • 03 Okt 2021 10:04
  • 589 Baxış
"Bütün peyvəndlər mükəmməl deyil" -  Professor

Həqiqətən də yaxşı bir peyvənd virusa yoluxmuş olsanız da, ağırlaşmanın qarşısını alacaq, amma təəssüf ki, bütün peyvəndlər mükəmməl deyil.

Medicina.az xəbər verir ki, bunu ABŞ-ın Emori Universitetinin professoru Rustom Antia koronavirusa qarşı peyvəndin digər peyvəndlər kimi uzunmüddətli qorunma təmin etmədiyi haqda danışarkən deyib.

"Əldə edilən effektivlik peyvəndin səbəb olduğu immun reaksiyasının böyüklüyünə, ortaya çıxan antikorların nə qədər tez pozulmasına, virus və ya bakteriyaların mutasiyaya uğramasına və infeksiyanın yerləşməsinə görə dəyişir", - deyə professor bildirib.