Çayı belə içmək olmaz - Anemiya riski

  • 2026.01.10 11:21
  • 125 Baxış
Çayı belə içmək olmaz -  Anemiya riski

Səhər yeməyində, yeməkdən sonra və ya axşam söhbətlərində əvəzolunmaz olan çay, düzgün qəbul edilmədikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Medicina.az xəbər verir ki, mütəxəssislərə görə, səhv dəmlənmiş və səhv vaxtda içilən çay dəmir çatışmazlığı anemiyasının ən vacib gizli səbəblərindən biridir.

Çay yarpaqlarında təbii olaraq tapılan və çaya xarakterik acı dad verən tanninlər (tannik turşusu) güclü antioksidan xüsusiyyətlərə malikdir, lakin dəmir mineralı üçün "tələ" yaradır. Çaydakı taninlər, yeməklə birlikdə və ya yeməkdən dərhal sonra qəbul edildikdə, xüsusilə ispanaq, mərcimək və yumurta kimi bitki mənşəli qidalardan əldə edilən dəmirə bağlanaraq həll olunmayan bir kompleks əmələ gətirir. Bu, bədənin dəmiri tanımasının qarşısını alır və onun sorulmaq əvəzinə xaric olmasına səbəb olur.

Araşdırmalar göstərir ki, yeməklə birlikdə bir fincan çay içmək dəmirin sorulmasını 60-70% azalda bilər.

Mütəxəssislər iki əsas qaydanı vurğulayırlar: Yeməkdən dərhal sonra çay içmək əvəzinə, ən azı 1-2 saat gözləmək lazımdır. Bu müddət bədənin qidadan dəmiri sorulması üçün kifayət qədər interval təmin edir.

Çaya və ya çayla yanaşı əlavə edilən limon, tərkibindəki C vitamini (askorbin turşusu) sayəsində taninlərin mənfi təsirlərini əhəmiyyətli dərəcədə neytrallaşdırır. C vitamini dəmirin udulmasını asanlaşdıran turşu mühit yaradır və çayın bloklayıcı təsirini azaldır.

Dəmləmə müddətini qısa saxlayın: Çayı 15-20 dəqiqədən çox dəmləmək və saatlarla saxlamaq taninlərin miqdarını artırır və çayı "acı" edir. Təzə dəmlənmiş çaya üstünlük verilməlidir.

Həmçinin, dəmir əlavələri qəbul edən xəstələrin dərmanlarını çayla birlikdə qəbul etməməsi və dərmanla çay qəbulu arasında ən azı 2 saat fasilə verməsi vacibdir.

Aygün