ABŞ-dakı Ohayo Dövlət Universitetinin tədqiqatçıları 66.000 insanın əhali qeydlərini araşdıraraq ömür uzunluğu ilə su hövzələrinə yaxınlıq arasındakı əlaqəni təhlil ediblər.
Medicina.az xəbər verir ki, məlumatlar sahil ərazilərində yaşayanların orta hesabla bir il daha uzun, şəhər ərazilərində yaşayanların isə daha qısa ömür sürdüyünü göstərib. Bunun səbəbləri sahil ərazilərində daha az isti və ya soyuq günlər, daha yüksək hava keyfiyyəti, fiziki fəaliyyət üçün imkanlar və daha yaxşı yaşayış şəraiti idi.
Aygün