Heç kim quru, solğun və cansız dəri istəmir.
Xüsusilə qadınlar canlı və nəmli dəri əldə etmək üçün çox səy göstərirlər.
Medicina.az xəbər verir ki, təbii dəri baxımı üsullarına üstünlük verən və üz maskaları tətbiq edənlər şüşə kimi hamar dəri əldə edirlər.
Kətan toxumu qidalandırıcı lif məhsuludur.
Təbii nəm bombası olan kətan toxumu dərini dərindən qidalandırır və elastikliyini artırır.
Bir xörək qaşığı kətan toxumunu gel halına gələnə qədər təxminən 15 dəqiqə suda isladın.
Əldə edilən geli təmiz dəriyə maska kimi çəkin. 10-15 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun.
Müntəzəm istifadə ilə dərinin ölü dəri hüceyrələrindən təmizləndiyini, daha parlaq, daha yumşaq və körpə kimi yumşaq bir teksturaya sahib olduğunu görəcəksiniz.
Aygün
Medicina.az