Diabetə qarşı 7 saat 18 dəqiqə yuxu - Araşdırma

  • 2026.03.05 15:50
  • 251 Baxış
Diabetə qarşı 7 saat 18 dəqiqə yuxu -  Araşdırma

Yeni bir araşdırma, 2-ci tip diabet riskini azaltmaq üçün ideal yuxu müddətini hesablayıb.

Medicina.az xəbər verir ki, araşdırmada bu müddətin 7 saat 18 dəqiqə olduğu ortaya çıxıb.

Çinin Nantong Universitetinin tədqiqatçıları 23.000 Amerikalı yetkinin yuxu və qan şəkəri məlumatlarını təhlil ediblər. Nəticədə yuxu müddəti ilə qan şəkəri arasında əlaqə tapılıb. Çox az və ya çox yatmaq mənfi nəticələrlə əlaqələndirilib. Həftə ərzində az yatan insanlar üçün həftə sonları bir az daha çox yatmaq faydalı ola bilər, lakin həddindən artıq yuxu qan şəkəri mübadiləsinə mənfi təsir göstərər.

Qeyd olunur ki, sağlam qan şəkəri üçün müntəzəm olaraq 7-8 saat yatmaq vacibdir.

Aygün
Medicina.az