Dünyada yeni virus “layihəsi”: XBB.1.5-in sirri - Müalicəyə tabe olmur

  • 2023.01.10 15:20
  • 1862 Baxış
Dünyada yeni virus “layihəsi”: XBB.1.5-in sirri  - Müalicəyə tabe olmur

COVID-19 pandemiyasından sonra meymunçiçəyi və donuz qripi (H1N1) viruslarının aktivləşdiyi, insanların kütləvi şəkildə ağır infeksiyaya yoluxub günlərlə bu xəstəliklə mübarizə apardığı bir vaxtda dünyanın yeni pandemiyaya hazırlaşdırıldığı deyilir.


Bakupost.az xəbər verir ki, BBC-nin araşdırmasında COVID-19-un yeni variantı olan XBB.1.5-in ABŞ və Britaniyada alovlandığı qeyd edilir.

XBB.1.5 omikron, alfa və deltanın birləşməsindən yaranıb. İlk dəfə 2022-ci ilin sentyabrında Britaniyada aşkarlanıb. Bu virusun hazırda Çində və ABŞ-da yayıldığı deyilir. Simptomları omikronla oxşardır. Amma Britaniyanın səhiyyə rəsmiləri XBB-ni “xüsusi narahatlıq doğuran” kateqoriyaya daxil ediblər.

XBB-də elə bir mutasiya var ki, immun müdafiəni qırıb, hüceyrələrin daxilinə keçə bilir.

London İmperial Kollecinin professoru Uendi Barkli XBB 1,5 daxilində F486P geninin olduğunu bildirib. Bu da virusun hüceyrə daxilinə keçməsi bacarığını bərpa edib.

Barklinin sözlərinə görə, virusun genomunda bu dəyişikliyi yeni təkamül pilləkəni hesab etmək olar. Virus insan orqanizminə daha çox sahiblənir, müdafiə mexanizmlərini rahat keçir.

ABŞ-ın Harrison İnstitutunun əməkdaşları bildirib ki, çox güman XBB virusu bir pasiyentin eyni vaxtda omikronun 2 variantı ilə yoluxmasından yaranıb. Viruslar orqanizmdə birləşərək mutasiyaya uğrayıb.

XBB virusu omikrondan da sürətli yayılır, ilk simptomları başda soyuqdəyməyə bənzəsə də, sonradan orqan və toxuma hüceyrələrinə dərin yerləşdiyi üçün vəziyyət ağırlaşır.

Çox güman ki, Azərbaycanda da artıq XBB virusu var və ola bilsin ki, həkimlər bu barədə məlumatlı deyil.
Ötən həftə ÜST yüksəlmə və yoluxma göstəricilərinə görə XBB.1.5 variantının digər variantlara nisbətən daha perspektivli və təhlükəli ola biləciyini açıqlayıb.

Qeyd edək ki, Türkiyə, Rusiya və Avropa üzrə bəzi həkimlər və ekspertlər bir neçə müddətdir növbəti pandemiyaya səbəb olacaq yeni virus yayılacağı barədə danışır və bunun planlı olduğunu bildirirlər.

XBB.1.5 klassik kovid kimi çox ağır keçir və müalicəyə tabe olmur. Hətta həkimlər də bu virusa yoluxan pasiyenti necə müalicə edəcəklərini bilmir.