Ebola yayılır - 1 gündə 15 nəfər öldü

  • 2026.06.23 15:45
  • 103 Baxış
Ebola yayılır     - 1 gündə 15 nəfər öldü


Konqo Demokratik Respublikasında (KDR) Ebola xəstəliyi səbəbindən həyatını itirənlərin təsdiqlənmiş sayı son sutka ərzində 13 nəfər artaraq 267-ə yüksəlib.


Məlumata görə, virusa yoluxan şəxslərin ümumi sayı 1 048 nəfər təşkil edir, bu isə əvvəlki günlə müqayisədə 45 nəfər çoxdur.

Hazırda tibb müəssisələrində 371 xəstə nəzarət altındadır. Tam sağalanların sayı isə 112-ə çatıb. Xəstəlikdən ölüm səviyyəsi 25.5% olaraq qeydə alınıb.

NEbola xəstələri ilə təmasda olanların izlənməsi göstəricisində kəskin artım müşahidə edilib və bu rəqəm 70.8%-ə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, epidemiyanı tam nəzarətə götürmək üçün bu göstərici 95% olmalıdır.

Medicina.Az