ECMO-ya qoşulan məşhur həkim koronavirusdan öldü - FOTO

  • 2020.07.31 08:37
  • 13691 Baxış
ECMO-ya qoşulan məşhur həkim koronavirusdan öldü   - FOTO
Azərbaycanda koronavirusa yoluxan daha bir həkim dünyasını dəyişdi.

Medicina.az-ın məlumatına görə, Silahlı Qüvvələrin Baş Klinik hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov bu gecə vəfat edib.

Bu barədə onun həmkarları sosial şəbəkələrdə məlumat veriblər.

Koronavirusa yoluxan aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərovun müalicəsini birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla nəzarətə götürülmüşdüş. O, Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulmuşdu. Həkimin COVİD-19 testi biu ayın əvvəllərində pozitiv çıxmışdı.