Əkizlərə hamilə qalmaq üçün nə etməli?

  • 2024.01.30 21:17
  • 2550 Baxış
Əkizlərə hamilə qalmaq üçün nə etməli?
Əkiz uşaq dünyaya gətirməyi arzulayan qadınlar diqqətini südə verməlidir.


“Medicina” xəbərverir ki, alimlər bunun üçün sadə və ucuz vasitə tapıblar.


Belə ki, elmi araşdırmalar süd və süd məhsulları çox istifadə edən qadınların əkizlərə hamilə qalma şansı daha çoxdur.

Süd içmək vərdişi əkiz dölə hamilə qalmaq şansını düz 5 dəfə artırır. Buna səbəb süddə olan proteinin yumurtalıqların həssaslığını artırması və cinsi hüceyrələrin hasilini sürətləndirməsidir.

Eləcə də digər araşdırmalar əkiz doğuma qadının yaşı, irqi, fiziki parametlərinin təsir etdiyini sübut edib.

30-31 yaşdan yuxarı qadınlar, eləcə də daha çox hamiləliyi və doğuşu olanb qadınların əkiz doğma şansı yüksəlir. İri, cüssəli, ucaboy qadınlarda da əkiz ola bilir.

Aygün Musayeva