Elxan Qasımov dializə qoşulub

  • 2023.05.13 17:34
  • 1679 Baxış
Elxan Qasımov dializə qoşulub

Kinorejissor, Əməkdar artist Elxan Qasımovun səhhətində nisbətən irəliləyiş var.


"Medicina" xəbər verir ki, bu barədə APA-ya kinorejissorun qızı məlumat verib.

Elxan Qasımov hələ də reanimasiyadadır:

“Dializ olunur, qan köçürülür. Çoxlu qan itirib”.

Qeyd edək ki, bir neçə gün öncə xəstəxanaya yerləşdirilən Əməkdar artist Elxan Qasımov mayın 9-da əməliyyat olunub.

Elxan Qasımova aorta anevrizmasının partlaması diaqnozu qoyulub. O, hazırda özəl xəstəxanaların birində reanimasiyadadır.