Ən faydalı turşu

  • 2025.10.04 09:58
  • 167 Baxış
Ən faydalı  turşu

Təbii fermentasiya prosesi ilə istilik olmadan hazırlanan ənənəvi turşular həzm sisteminə güclü təsir göstərir.

Bu gün onlar sağlam həyat tərzinin bir hissəsi kimi dünyanın bir çox mətbəxlərində süfrələrdə nümayiş etdirilir.



Medicina.az kələm turşusunun faydalarını təqdim edir:

1. Canlı bakteriyalar var

Fermentasiya nəticəsində yaranan faydalı bakteriyalar bağırsaq tarazlığını dəstəkləyir.

Az miqdardq müntəzəm olaraq yeyildikdə, həzmi asanlaşdırır və bağırsaqların daha nizamlı işləməsinə kömək edir.

2. Lifli tərkibi

Kələm təbii liflə zəngin tərəvəzdir.

Turşulandıqda, bu lif quruluşu qorunub saxlanılır və onu bağırsaq hərəkətlərini dəstəkləyən bir qida halına gətirir.



3. Vitaminlər

Turşu kələm C vitamini, K vitamini və bəzi B vitaminləri ilə zəngindir.

Kələm həm də orqanizmi xarici amillərdən qoruyan antioksidan xüsusiyyətlərə malikdir.



4. İltihabı azaldır

Turşu kələmin müntəzəm istehlakı bədəndəki bəzi iltihab əlamətlərini yüngülləşdirməyə kömək edə bilər.

Bu təsir hər kəs üçün eyni olmasa da, təbii fermentasiya nəticəsində yaranan maddələrin müsbət rol oynadığı düşünülür.



5. Həzmə faydalı

Turşu kələmin müntəzəm istehlakı şişkinlik və bağırsaq qıcıqlanması kimi şikayətləri azalda bilər.

Aygün
Medicina.az