Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ermənistanda pizzadan kütləvi zəhərlənmə

  • 2021.11.05 10:38
  • 1195 Baxış
Ermənistanda pizzadan kütləvi  zəhərlənmə

Ermənistanın paytaxtı İrəvan şəhərində pizzadan kütləvi zəhərlənmə baş verib.

Medicina.az -ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, 15 nəfər bağıraq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Zəhərlənənlərdən ikisi – 10 və 13 yaşlı uşaqlardır.

Xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.