Əsl sarıköklə saxtasını necə ayırd etməli? – Kiçik sirr

  • 07 Yanvar, 2019
  • 22708 Baxış
Əsl sarıköklə saxtasını necə ayırd etməli? – Kiçik sirr
Xalq təbabətində ən güclü reseptlərin tərkibində təqdim etdiyimiz sarıkök qədim möcüzəvi vasitədir.
 
Təəssüf ki, hazırda satışda təmiz sarıkök də çətin tapılır. Çox vaxt bizə sarı karandaş yonulmuşu ilə rənglənmiş unun qarışığını satırlar.  Əgər sarıkök keyfiyyətli, təmiz deyilsə onunla müalicə də effekt verməz.

Medicina.az yaxşı sarıköklə saxtanı ayırmaq üçün kiçik bir sirri açıqlayır.
Sarıkökü alarkən bir az suda həll edin. Əgər suyun üzərində ağımtıl nəsə yaranırsa, suyun üzü ağla örtülürsə, sarıkök düyünlənirsə, deməli o undur, sarıkök deyil.

Çalışın çəki ilə satılan sarıkök alasız. 
Sarıkökün rəngi şux, ətri kəskin olmalıdır. Əlinizdə ovuşdurun, əgər rəng çıxıb, ovucda nəsə ağımtıl sarımtıl qalıq qalırsa, deməli əsk sarıkök deyil.