"Fikirdən xərçəng, insult oldum" - Azərbaycanlı aktrisa

  • 2022.11.22 16:49
  • 2230 Baxış
"Fikirdən xərçəng, insult oldum"   - Azərbaycanlı aktrisa

Tanınmış aktrisa Məsumə Babayeva 50 il işlədiyi Gənc Tamaşaçılar teatrından zorla ərizə yazıb çıxarılandan sonra dərddən xəstəlik tapdığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, aktrisa “ATV səhər”də səhhətində teatrdan qəsdən uzaq salındığını deyib.

“50 il can qoyduğum Gənc Tamaşaçılar Teatrının 90 illiyi olan kimi çağırdılar ki, ərizəni yaz. Ordan məni uzaqlaşdırdılar. Sağlam qadın idim. Sonra fikirdən insult oldum, xərçəng çıxdı, ürəyim xəstə düşdü. Cəmi 321 manat təqaüd alıram.

Sonra birtəhər teatrda yarımştata saldılar. Amma mənə rol verilmir, tamaşa verilmir. Deyirlər, get evdə otur. Artıq lazım deyiləm. Bəs səhnədə yaşlı obrazları kim canlandıracaq? Ana obrazları ki var, cavan qızlar yaşlı ana oynayır.

Təqaüdüm dərmanlarıma gedir. Heç bir dəstək yoxdur. Bəzən yeməyə artıq pulum qalmır. Aktyor səhnədə dünyasını dəyişməlidir. Evdə çürüməməlidir. Mən hələ oynaya bilərəm. Bu gün zəng etsələr, uça-uça gedərəm”.

Aygün Musayeva
BakuPost