Konqo Demokratik Respublikasından qayıdan bir həkimdə Ebola virusu aşkar edildikdən sonra, həkimlə təmasda olduğu güman edilən 5 nəfər ehtiyat tədbiri olaraq karantinə alındı.
Medicina.az xəbər verir ki, Konqo Demokratik Respublikasından qayıdan bir həkimdə Ebola virusu aşkar edildikdən sonra Fransa tədbir gördü.
Səhiyyə naziri Stefani Rist, həkimlə təmasda olduğu güman edilən 5 nəfərin ehtiyat tədbiri olaraq karantinə alındığını açıqladı.
Fransanın səhiyyə naziri Stefani Rist ölkədə aşkarlanan ilk Ebola hadisəsi ilə bağlı açıqlamalar verdi. Rist, Konqo Demokratik Respublikasında humanitar missiyadan qayıdan bir həkimdə Ebola virusunun aşkarlandığını bildirdi.
Nazir Rist, təcrübəli həkimin təyyarəyə minərkən heç bir simptom göstərmədiyini və buna görə də yoluxucu olmadığını bildirdi.
Rist bildirib ki, uçuş zamanı baş ağrısından şikayət edən həkim təyyarə heyətinə məlumat verib və təyyarə eniş etdikdən sonra həkim xəstəxanaya aparılıb, 21 günlük karantinə yerləşdirilib.
Rist bildirib ki, həkimlə yaxın təmasda olduğu düşünülən 5 nəfər də ehtiyat tədbiri olaraq karantinə alınıb. Səlahiyyətlilər təmasda olanların sağlamlıq vəziyyətinin yaxından izlənildiyini bildiriblər.
Aygün
Medicina.az