Fransada yoluxma artıb: qaydalar sərtləşdirlir

  • 07 Dek 2021 21:30
  • 335 Baxış
Fransada yoluxma artıb:  qaydalar sərtləşdirlir
Avropa ölkələri COVİD-19-a yoluxmaların artması ilə əlaqədar məhdudiyyətləri sərtləşdirməkdə davam edir.


Medicina.az xəbər verir ki, Fransada yoluxmaların artması ilə əlaqədar dekabrın 10-dan etibarən gecə klubları bağlanacaq.

Bu barədə Baş nazir Jan Kasteks mətbuat konfransında məlumat verib. Məhdudiyyət tədbiri 4 həftə qüvvədə olacaq. Şirkət rəhbərlərinə əməkdaşların distant rejimdə işləməsinə şərait yaratmaq tövsiyə olunub. Məktəblərdə də sanitar qaydalar sərtləşdiriləcək. Dekabrın 15-dən etibarən isə 5-11 yaş arası uşaqların vaksinasiya prosesi başlayacaq.