Müharibə iştirakçısı ürəktutmasından vəfat etdi

  • 2021.11.15 14:49
  • 1157 Baxış
Müharibə iştirakçısı ürəktutmasından  vəfat etdi
44 günlük Vətən müharibəsinin qazisi İslam Əlizadə bu gün səhər saatlarında dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, qazi gecə yatıb, səhər yuxudan ayılmayıb. Onun ürəktutmasından vəfat etdiyi güman olunur.

İslam Əlizadə 44 günlük Vətən müharibəsində ayağından yaralanmış və müalicə olunmuşdu.