İdman etmədən 100 kalori yandırmağın 7 üsulu

  • 2023.03.01 14:27
  • 1525 Baxış
İdman etmədən 100 kalori yandırmağın  7 üsulu
Bəzən sadəcə addımlar 100 kalorini asanlıqla yandırmağa kömək edə bilər. Saçı fenlə düzləşdirərkən 40 dəyqəyə 100 kalori yandırmaq olar.

Bunun üçün uzun müddət qollarınızı başınızın üstündə tutmalı olacaqsınız, əzələlər kalori yandırmağa başlayacaq.


“Medicina” idman və qaçışsız kalori yandırmağın asan 7 yolunu təqdim edir.

- Telefonla danışarkən gəzmək 30 dəyqə ərzində 100 kalori atmaq olar. Yaxud da evin içərisində iri addımlarla gəzişin.
- Evdə təmizlik işi apararkən yarım saat ərzində 100 kalori atmaq olar.

- Pilləkənləri 10 dəqiqə ərzində qalxmaq da 100 kalorinin itirilməsinə gətirib çıxardır.

- Rəqs etmək - musiqini yandırın, sevimli paltarınızı geyinin və güzgü qarşısında rəqs edin. Bu əyləncəli məşğələ 20 dəqiqə ərzində 100 kalori yandırmağınıza kömək edəcək .

- Gün ərzində 20 -30 dəq. piyada gəzişmək 100 kalori itirilməsinə gətirib çıxardır.

- İsinmə hərəkətləri edin - əsas da işdə bütün günü komputer qarşısındasınızsa, 10 dəqiqəlik oturma, təkan və tullanmalar 100 kalori yandırmaq üçün kifayət edəcək.

Günay