Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Kakao yağı sağlamlıq üçün əvəzsizdir, çünki...” – Professor izah etdi

  • 2024.07.11 17:57
  • 886 Baxış
“Kakao yağı sağlamlıq üçün əvəzsizdir, çünki...” –  Professor izah etdi
Kkakao yağı insan sağlamlığı üçün vacib olan çoxlu sayda faydalı maddələr ehtiva edir.

Medicina.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya müsahibəsində professor Larisa Riseva danışıb.

O bildirib ki, kakao yağının unikal xüsusiyyətləri məhsulun tərkibindəki dörd vəziyyətdə olan ferollarla təmin edilir: alfa, beta, qamma, delta.

“Bu tərkib heç bir bioloji aktiv əlavələrdə (BAA) tapılmır. Onların tərkibində yalnız kimyəvi yolla əldə edilən alfa antioksidantlar olur”, - deyə professor qeyd edib.

O vurğulayıb ki, orqanizmdə oksidləşdirici proseslərlə mübarizə aparan belə geniş çeşidli antioksidantlar yalnız bu məhsulun tərkibində var.

“Bundan əlavə, kakao yağı unikal trigliseridlər əmələ gətirən oleik, palmitik və stearik yağ turşuları ehtiva edir. Bu maddələr insan üçün lazım olan enerjinin istehsalında mühüm rol oynayır.

Digər yağlarda da trigliseridlər var, lakin kakao yağında onların konsentrasiyası 80%-ə çatır”, - Larisa Riseva vurğulayıb.

Onun sözlərinə görə, yüksək nisbətdə kakao yağı olan (20-25% kakao tozuna əsaslanan) içki və ya qida qəbul etmək sağlamlığa fayda verir.

“Təmiz formada kakao yağını ərzaq mağazalarında və xüsusi qənnadı məmulatları mağazalarında tapmaq olar. O, uzun müddət saxlanıla bilər, otaq temperaturunda ərimir və xarab olmur”, - deyə mütəxəssis diqqətə çatdırıb.


Aysel