Kakaonun beyin, ürək və qana müsbət təsiri sübut olundu

  • 2021.12.10 17:51
  • 2145 Baxış
Kakaonun beyin, ürək və qana müsbət təsiri  sübut olundu
Kakao təbii bitki mənşəli içki olub, kakao paxlalarından hazırlanır. Kakao Cənubi Amerika və Afrikada bitən şokolad ağacının toxumudur.

Onun tərkibində olan teobromin ürək-damar, beyin qan dövranını yaxşılaşdırır.

Medicina.az xəbər verir ki, çoxsaylı elmi tədqiqatlar kakaonun damarlara çox yaxşı təsir etdiyini sübut edib.

Xüsusən orta yaş və yaşlı adamlarda. Damarların tonusunun yaxşı olması və arterial təzyiqi tənzimləmək üçün gündə 30-40 qram təmiz kakaodan içki düzəldib içmək lazımdır.

Kakao qanda xolesterini və yağları azaldır, damarların içini təmizləyir, hemoqlobin sintezinə təsir edir, trombositləri aktivləşdirir, qan laxtalanmasının qarşısını alır.

Bununla da kakao beynin də işinə müsbət təsir edir. Qocalıq demensiyasının qarşısını ala bilər.