Konstitusiya Məhkəməsinin hakimi vəfat etdi

  • 2023.01.05 11:47
  • 1448 Baxış
Konstitusiya Məhkəməsinin  hakimi vəfat etdi
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Mahir Muradov vəfat edib.

"Unikal"ın məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.


Qeyd edək ki, 16 oktyabr 2012-ci ildə Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunub.

2016-cı ildə Prezidentin sərəncamı ilə "Əməkdar hüquqşünas" fəxri adı verilib.