Koronavirusdan qorunmaq üçün 10 şərt - 3 vasitə

  • 2020.10.23 15:13
  • 3133 Baxış
Koronavirusdan qorunmaq üçün 10 şərt  - 3 vasitə

Covid-19-a yoluxmaq riskini necə azaltmaq olar?

Bunlardan birincisi stresə qarşı dayanıqlı olmaqdır

Medicina.az Azərbaycanda hər gün yoluxma təhlükəsinin artdığı bir vaxtda qorunmaq üçün əsas qaydaları təqdim edir:

1. Əlləri sabunla 20 saniyə ərzində yumaq, virusu demək olar ki, 100% aradan qaldırır. Əllərinizi daim yuyun, xüsusilə də küçədən qayıdandan sonra və yeməkdən əvvəl. Gündə 10 dəfədən çox əlləri sabunla yumaq, koronavirusa yoluxma riskini 55% azaldır Əl yumaq üçün antiseptiklərin əlavə edilməsinin effektivliyi müəyyən edilməmişdir

2. Sabunla yuyulmamış əllərinizlə ağzınıza, gözünüzə və burnunuza toxunmayın

3. №95 maskaları virusun 99.98% -ni bloklayır . №95 maskası taxmaq koronavirusa yoluxma riskini 91% azaldır. Düzgün istifadə şərtdir.

4.Tibbi maska aerozollarda virusun 95.15% -ə qədərini bloklayır. Tibbi maska taxmaq koronavirusa yoluxma riskini 68% azaldır. Düzgün istifadə şərtdir.

5. Əlcəklərin istifadəsi koronavirusa yoluxma riskini 57% azaldır. Düzgün istifadə şərtdir. 6.Digərlərindən daha uzaq dayanın – 2 metr ara məsafəsi saxlayın.

7. Stresi azaldın. Bunun üçün stres mənbələrindən, informasiyalarından uzaq durun, sakitləşdiricilər için. Bunun üçün alman preparatı olan Neyroxan, valerian, Valerianhell prepatları qəbul edin.


8. Yuxu çatışmazlığını aradan qaldırın. Yuxu pozulması və çatışmazlığı immunitetin funksiyasını azaldır,
Bərpaedici yuxu olana qədər, hətta gecənin yarısına qədər yuxusuz qalmağınız növbəti günə qədər immuniteti azaldır

Yuxunun azaldılması xəstəliyə qarşı spesifik immunitetin meydana gəlməsini bloklayır, , uzun müddət yuxunun itirilməsi şərti - patogen bakteriyalar tərəfindən törədilən sistemli infeksiya və sepsis səbəbindən ölümlə nəticələnir.

Günümüzdə virus haqda məlumatlar, karantin şərtləri və s. insanlarda gərginliyə, stresə, yuxusuzluğa səbəb olur.

Stress – daxili və xarici qeyri – qənaətbəxş amillərin təsirindən yaranmış disharmoniya vəziyyətidir. Müsbət stress – eustress adlanır, hansı ki, sağlamlığa, motivasiyaya, fəaliyyətə və emosional rifaha faydalı təsir göstərir. Bu zaman streslə əlaqəli bioloji şəbəkələr və onların mediatorlarının tez requlyasiyası bədəni stresin zərərli təsirindən qoruyur.
Mənfi stress-distress adlanır, çox tez-tez baş verdikdə (stres orqanizmə dəfələrlə təsir etdikdə) və disrequlyasiya olduqda, bütün orqanizmə kompleks mənfi təsir edir. Bu zaman streslə əlaqəli şəbəkələrin və onların mediatorlarının disrequlyasiyası, patofizioloji dəyişikliklərə və müxtəlif psixi və fiziki pozulmaların yaranma riskinə səbəb olur.

Davamlı stress insan sağlamlığında yaranan pozulmaların böyük bir qismində mühüm rol oynayır.
Eyni zamanda stress- stress hormonlarını artırır. Onlar isə immuniteti zəiflədir. İmmun sistemin zəifləməsi infeksiyalara yoluxma riskini artırır.

Təəssüf ki, davamlı stresdən qaçmaq hər zaman əlimizdə deyil. Amma orqanizmin stresə qarşı reaksiyasını normallaşdırmaq və onun yaratdığı pozulmaları aradan qaldırmaq mümkündür.


Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.