Makaronun yapışmaması üçün sadə üsul

  • 2026.08.13 12:07
  • 226 Baxış
Makaronun yapışmaması üçün sadə üsul

Makaron bişirərkən suya yağ əlavə etmək ənənəvi üsullardan biridir. Lakin bu, makaronların yapışmasının qarşısını almaq üçün o qədər də effektiv deyil. Yağ suyun üzərində qalır və makaronu demək olar ki, örtmür. Üstəlik, sonradan sousun makaronlara yaxşı yapışmasına mane ola bilər.

Medicina.az Top Santé-yə istinadən xəbər verir ki, alternativ olaraq bişirmə suyuna az miqdarda ağ sirkə əlavə etmək mümkündür.

Məqalədə makaronun yapışmasının əsas səbəbinin bişirmə zamanı ayrılan nişasta olduğu bildirilir. Bunun qarşısını almaq üçün böyük qazana kifayət qədər su tökmək və makaronu bişirmənin ilk dəqiqələrində tez-tez qarışdırmaq tövsiyə olunur.

Təxminən 100 qram makaron üçün 1 litr suya 1 xörək qaşığı ağ sirkə əlavə edilməsi tövsiyə edilir. Makaron suya salındıqdan dərhal sonra qarışdırılmalı və ilk 2-3 dəqiqə ərzində bir neçə dəfə qarışdırılmalıdır.

Məqaləyə görə, bu üsul makaronların bir-birinə yapışmasını azaltmağa və onların daha yaxşı formada qalmasına kömək edə bilər.

Xanım,
Medicina.az