Mədəsində qızıl olan ördək hər kəsi heyrətləndirdi

  • 2026.03.12 22:43
  • 209 Baxış
Mədəsində qızıl olan ördək  hər kəsi heyrətləndirdi

Çində bir ördək mədəsində qızıl tapılması ilə xəbərlərdə yer alıb.

Medicina.az xəbər verir ki, Hunan əyalətinin Longhui qraflığından olan Liu soyadlı bir kənd sakini ördəyin mədəsində qızıl tapıb.



Çin xəbər agentliyi Xinwenfang-ın məlumatına görə, hissəciklərin yandırma testindən sonra əsl qızıl olduğu təsdiqlənib.

Hissəciklər təxminən 10 qram ağırlığında idi və təxminən 12.000 yuan (1800 ABŞ dolları) dəyərində olub.

Liu, bir vaxtlar qızıl hasilatı ilə tanınan çayın yaxınlığında gəzən ördəklərin, ehtimal ki, qızıl hissəcikləri olan palçıq udduğunu deyib.



Qeyd edək ki, bədən qızılı həzm edə və ya uda bilmir. Adətən həzm sistemindən zərərsiz şəkildə keçir. Buna görə də, mədədə qalmış ola bilər.

Rəsmilər The Paper qəzetinə bildiriblər ki, ördəkdə tapılan qızılın kimə məxsus olduğunu müəyyən etmək çətindir.

Aygün
Medicina.az