56 nəfər qidadan zəhərləndi

  • 20 İyul, 2019
  • 1204 Baxış
56 nəfər qidadan zəhərləndi
Türkiyənin şərqindəki Ərzincan şəhərində kütləvi zəhərlənmə olub. 21-i uşaq olmaqla ümumilikdə 56 nəfər qidadan zəhərlənib.

Bu barədə medicina.az Türkiyə mətbuatına istinadən xəbər verir.
 
 
Məlumata görə, şəhərin mərkəzində orduya yollanma ilə bağlı ziyafət təşkil olunub. Bundan sonra qonaqlardan bəziləri yüksək hərarət, ürəkbulanma və baş gicəllənməsi şikayətləri ilə təcili tibbi yardıma müraciət edib. Zəhərlənən şəxslərin hamısı xəstəxanalara yerləşdirilib.