Nəyə görə koronavirusun yarandığı Çində yoluxan azdır? – Onlar necə xilas oldu

  • 2020.12.08 18:17
  • 2348 Baxış
Nəyə görə koronavirusun yarandığı Çində yoluxan azdır?  – Onlar necə xilas oldu

Koronavirusda Çin fenomeni

Çində milyardla insan yaşayır, amma bu gün statistika üzrə ən az yoluxma Çindədir. Necə olur ki, dünyanı diz çökdürən virus çinlilərdə belə sürətlə yayılmır. Yoxsa onlar virusu ram edir, sadəcə bunu bildirmirlər.

Şüşə butuldan əzazil cin kimi buraxdıqları koronavirusla dünyanı iflic edən Çində sakitlikdir. Heç bir sərt karantin yoxdur. Gündə cəmi 15-20 nəfər yoluxur, xəstəxanalar boşdur.
Sonuncu dəfə ölüm faktı isə may ayında qeydə alınıb.

Birincisi dünya ictimaiyyəti və tibb mütəxəssisləri Çin hokumətini statistikanı saxtalaşdırmaqda və yoluxmanı azaltmaqda ittiham edir. Onlar əvvəldən belə edərək, digər ölkələri də çaşdırmışdılar.


Medicina.az xəbər verir ki, Seçenov Universitetinin professoru Artyom Qil Çinin koronavirusla mübarizə metodlarından danışıb.


Onlar 13 yoluxmaya görə 11 milonluq şəhəri bağladılar

“Çin hökuməti koronavirusa qarşı əjdahasayağı metod istifadə edərək mübarizə apardı və bununla da bir çox ölkələrə göstərdi ki, virusu necə ram etmək olar. İlk dəfə Yuhanda yoluxma aşkarlananda, cəmi 1 həftə içərisində 11 milyon əhalisi olan şəhər tam təcrid olundu, insanlar 1 ay evlərinə qapadıldı, şəhərdə həyat dayandı. Ondan sonra onlar xəstələri tapmağa və kütləvi testlərə başladılar.


Əgər orda bizdəki və ya Avropa ssenarisi getsəydi, bütün ölkə sərt karantinə keçərdi. Çünki Çində əhali sayı, sıxlığı çox yüksəkdir.


Virusun ilk aşkarlandığı Pulmonoloji xəstəxana dərhal qapadıldı, onun baş həkimi işdən azad olundu. Həmin şəhərdə bütün şəhər vəzifəliləri azad edildi, cəzalandırıldı.

Bu gün Çində qeydə alınan yoluxmaların 90%-i kənardan gətirilmədir. Yəni Avropa, Amerika, Asiyadan gələn çinlilərdə virus aşkarlanır, onlar dərhal məcburi karantinə alınır, evə buraxılmır.

Çin hokuməti göyərtəsində cəmi 2 nəfər koronavirus testindən keçməyən sərnişinə görə bütün təyyarəni geri çevirib, yerə endirmişdilər.

Belə tədbirlər bizdə və ya Avropada gördünüzmü? Təsəvvür edirsizmi? Yox, azadlıq, sərbəstlik gözəl hissdir, qanundur, amma virusla bu işə yaramır.

ABŞ karantin elan edən kimi camaat küçələrə axışıb mitinq edir, etiraz edir. Avropa və Amerikada 11 milyonluq ştatı bağlaya bilərmi?

Çində hokumətin siyasi gücü və əhalinin yüksək itaəti, belə deyək dissliplini orda pandemiyanı elə beşikdəcə boğmağa imkan verdi.

Virusa qalib gəlmək üçün avtoritar rejim lazımdır.

Keçmiş SSRİ-də də infeksion xəstəliklərə qarşı çox gözəl sərt sistem qurulmuşdu. Semaşko modeli ilə qısa müddətdə sanitar-epidioloji xidmət virus və infeksiya alovunu yerindəcə söndürürdü və dövlət də onlar nə deyirdi, onu edirdi.
Bəzi məsələlərdə avtoritar rejim işə yarayır.


Pandemiya ilə mübarizədə sərt qadağan tədbirləri və total nəzarət, əhalinin tam nəzarətə alınması vacibdir”
İndi Çin 11 vaksin üzərində işləyir, onlardan üçü artıq hazırdır. Çox güman ki, tezliklə əhalinin peyvəndləməsinə başlayacaq. Əmin olun ki, peyvəndləmə də onlarda çox sürətlə və yüksək təşkilatlanma ilə gedəcək.