Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ofis masaları unitazdan da çirklidir - Araşdırma

  • 2024.08.05 17:17
  • 1378 Baxış
Ofis masaları unitazdan da  çirklidir  - Araşdırma


Gündəlik istifadə etdiyimiz əşyalar içində ən çirklisi mobil telefon və ofis masasıdır.


“Medicina” xəbər verir ki, Britaniya klininq agentliyi ofislərdə müxtəlif səthlərdən mikroflora nümunələri götürüblər: masadan, klaviaturadan, oturacaqdan, telefondan. Sonra onlar ən çirkli, mikroblu əşyalarla müqayisə edilib.


Kompüter klaviaturasında mətbəxdəki zibil qabında olan qədər bakteriya, kompüter siçanında, ofis masasında unitaz qapağından da 3 dəfə çox mikrob aşkarlanıb.

İş ondadır ki, ofis masası və klaviatura qarşısında insan 6-8 saat vaxt keçirir, orda yeyir, içir və bu masa və əşyalar gündəlik yaxşı təmizlənmir.


Ofis işçiləri gündə 2 dəfə öz masalarını xüsusi məhlulla dezinfeksiya etməli, əllərini də 3 saatdan bir yumalı, həmin masada yemək yeməməli, özlərini potensial infeksiyalardan qorumalıdır.

Aygün Musayeva