Ölkədə həkimlərin 60%-dən çoxu Bakıda cəmləşib - Agentlik rəsmisi

  • 01 Dek 2021 17:11
  • 512 Baxış
Ölkədə həkimlərin 60%-dən çoxu Bakıda cəmləşib -  Agentlik rəsmisi
Bakıda potensialı böyük xəstəxanalardakı tibb işçiləri bölgələrdə həkim çatışmazlığı olan yerlərə təhkim ediləcək


Medicina.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov bildirib.

“Ölkədə həkimlərin 60 faizdən yuxarısı Bakıda cəmlənib. Ötən il pandemiyanın ağır dövründə cənub zonası sığortaya keçdi. Daha sonra təhkimetmə metodundan istifadə edərək həmin xəstəxanada olan həkimləri sığortaya keçən digər xəstəxanalara göndərdik”.

O qeyd edib ki, Bakıda həkim potensialı böyük olan xəstəxanalardan həkimlərin bölgələrdə həkim çatışmazlığı olan xəstəxanalara təhkim edilməsi planı var. Bununla bağlı əmək haqqı qaydalarında da yeni yanaşma, həmin həkimlərə fiks ödənişlər nəzərdə tutulub: “Təhkimolunan həkimin qalma, kommunal problemləri Agentlik tərəfindən ödəniləcək. Bundan əlavə, Bakıda xaricdə təhsil alan peşəkar həkimlərin də sistemə cəlbi üçün yeni işlər aparılır. Yeni qaydalar təsdiq olunmaq mərhələsindədir. Türkiyədə təhsil alan 10-dan çox uzman dövlət tibb müəssisələrində işə başlayıb.