Nevroloqlar onurğa beyni insultunun əlamətlərini sadalayıb.
Medicina.az xəbər verir ki, işemik onurğa insultu kimi tanınan onurğa beyni insultunun miokard infarktından heç də az təhlükəli deyil.
Onurğa beyni insultunu (infarkt) müzakirə edən nevroloq Petr Truxanov bu patologiyanın olduqca nadir olduğunu qeyd edib.
"İnsan onurğa beynini təmin edən arteriyada qan dövranı pozğunluğu yaşayır".
Onurğa beyni insultunun əlamətlərini sadalayıb:
Kəskin bel ağrısı
Hərəki bacarıqların pozulması
Əzaların iflici
Zəiflik
Nəcis və sidik tutulması
Diafraqmatik disfunksiya
Qol və ayaq əzələlərində yanma hissi
Hərarət
Rovenskaya əlavə etdi ki, işemik onurğa insultunun başlamasından bir neçə ay əvvəl insan fiziki vəziyyətində müəyyən dəyişikliklər hiss etməyə başlaya bilər:
"Qəfildən axsama, fəqərələr boyunca karıncalanma hissi və uzun müddət dayanarkən və ya gəzərkən ayaqlarda yüngül uyuşma kimi hallar inkişaf edə bilər."
Mütəxəssisin sözlərinə görə, bu simptomlar onurğa beyninə bağlı arteriyada qan dövranının böyüyən şiş və ya genişlənən aterosklerotik lövhə səbəbindən pozulduğunu göstərir.
Aygün Musayeva