Ötən il Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub

  • 2024.01.17 13:01
  • 831 Baxış
Ötən il Azərbaycanda  1493 nəfər qızılcaya yoluxub
Ötən ilin 11 ayı ərzində Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub.

Bu barədə Medicina.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1 493 nəfər bu xəstəliyə yoluxub.