Pasiyent klinikaya daxil olanda artıq keçinmişdi- Modern hospitaldan açıqlama

  • 2022.01.13 16:38
  • 1467 Baxış
Pasiyent klinikaya daxil olanda artıq keçinmişdi - Modern hospitaldan açıqlama

“Modern” hospitalı tibb müəssisəsində baş verən ölüm hadisəsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Medicina.az xəbər verir ki, klinikadan Oxu.Az-a bildirib ki, Həsən Həsənov xəstəxanaya daxil olan zaman artıq vəfat edibmiş:

“Pasiyent klinikaya daxil olanda artıq keçinmişdi. Sadəcə olaraq yaxınları bundan məlumatlı olmayıb. Tibbi olaraq həmin şəxs müayinə olunub və ölüm faktı təsdiqlənərək yaxınlarına bildirilib”.