Perinatal mərkəzdə yanğından çxarılan körpələrin daha 2-si ölüb

  • 2024.01.23 15:19
  • 822 Baxış
Perinatal mərkəzdə yanğından çxarılan körpələrin   daha 2-si ölüb
Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə (KTM) köçürülən uşaqlardan 2-si dünyasını dəyişib.

"Medicina" xəbər verir ki, körpələr hadisədən 3 gün sonra vəfat edib.

Lakin bu barədə rəsmi məlumat açıqlanmayıb.

Qeyd edək ki, Perinatal Mərkəzində yanvarın 9-da 4 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Perinatal Mərkəzdən təxliyə edilənlər Kliniki Tibbi Mərkəzə (KTM), KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına, Yeni Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Xətai Tibb Mərkəzinə yerləşdirilmişdi.